Vaqif Cavadov evini satdığa qoymağa məcbur oldu
Minval.info // “Keşlə”nin vidalaşdığı Vaqif Cavadov problem içindədi. Millimizin sabiq üzvü ciddi maliyyə çətinliyi yaşayır.
Həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqları əlindən çıxan Vaqif borc içində boğulur. Xeyli adama kifayət qədər çox borcu olan Cavadov onları qaytara bilmir.
Fanat.az saytı futbolçunun hətta qumara qurşanması və bu üzdən miskin duruma düşməsi haqda da yazıb.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə isə futbolçu böyük borclara görə hətta çox dəbdəbəli mənzilini satıb. “Yeni Həyat”da yarım milyon manat qiyməti olan evini satışa çıxaran Cavadov problemdən başqa çıxış yolu görməyib.
Vaqif AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, məşhur futbolçu İsgəndər Cavadovun qardaşı oğludu. Onun atası Füzuli bəy də uzun illər “Neftçi”də oynayıb.
Minval.info
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək