Valideyn: "Şəhid oğlumun sağ olması ilə bağlı yayılan məlumatlar yalandır"
İkinci Qarabağ müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, leytenant Vəliyev Vəliəhd Şakir oğlunun guya sağ olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə “Report”un Cənub Mərkəzinə açıqlamasında şəhidin atası Şakir Vəliyev deyib.
O bildirib ki, oğlu V.Vəliyev Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub və oktyabrın 30-da dəfn olunub. Atasının sözlərinə görə, dekabrın 8-də şəhidin 40 mərasimi keçiriləcək.
Qeyd edək ki, Lənkəranın Bala Şürük kənd sakini Vəliyev Vəliəhd Şakir oğlunun guya ailəsinə zəng edərək sağ-salamat olduğunu bildirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub