"Vacib olan çempion olmaqdır" - Fatih Terim
Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” klubu yeni futbolçular almağı planlaşdırır.
Minval.info xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim komandasına dayaq yarımmüdafiəçisi və pleymeyker qatmaq niyyətindədir.
67 yaşlı mütəxəssis Türkiyə Super Liqasında komanda sayının artmasını əsas gətirərək, transferlərdə tələsmək istəmir. Terim bu məsələlərlə bağlı səhv etmək istəmədiyini və əsl fürsətlərin oktyabrın ilk 5 günündə ortaya çıxacağını deyib.
“Qalatasaray” Superliqada ilk üç oyununda “Qaziantep” (13 sentyabr), “Başakşehir” (20 sentyabr) və “Fənərbağça” (27 sentyabr) ilə üz-üzə gəcələk. “Sarı-qırmızılar” yeni transferləri həmin oyunlara kimi gerçəkləşdirməyi düşünmür. Fatih Tərim bunun etirazla qarşılanacağı ehtimalına belə reaksiya verib: “Mənim üçün derbidə uduzmaq önəmli deyil. Vacib olan liqada çempion olmaqdır”.
Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da oynanılacaq “Neftçi” – “Qalatasaray” qarşılaşması saat 20:00-da başlayacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək