Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlanıb
“Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib”.
Open.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov deyib.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdində ən müasir avadanlıqlarla olunmuş reabilitasiya-bərpa mərkəzləri fəaliyyət göstərir. Yaralı hərbi qulluqçulara həmin mərkəzlərdə peşəkar tibb işçiləri tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir sıra hərbi qulluqçular müalicə prosesi başa çatdıqdan sonra xidməti davam etdirmək üçün Silahlı Qüvvələrimizin sıralarına qayıdacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı