Vətən müharibəsində qanı ilə tarix yazan şəhidimiz - FOTO
Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də İzzətli Fərid Aydın oğludur.
“Minval.İnfo” Trend-ə istinadən xəbər verir ki, şəhid leytenant İzzətli Fərid 21 mart 1994-cü ildə Şəki şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
2015-ci ildə akademiyanı leytenant olaraq bitirib və xidmətinə Bakı şəhəri “N” saylı hərbi hissədə davam edib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2018-ci ildə Qusar rayonunda “N” saylı hərbi hissəyə təyinat alıb.
Şəhid leytenantımız II Qarabağ savaşı başlayan gündən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.
Fəridin sonuncu dəfə ailəsi ilə telefon əlaqəsi elə şəhadəti günü olub. O, atası ilə telefon danışığından bir neçə saat sonra 21 oktyabr 2020-ci ildə Qubadlıda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 22 oktyabr 2020-ci ildə Şəkidə dəfn olunub. Fərid İzzətli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid leytenantımızdan yaş yarımlıq oğlu yadigar qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
