Vətən Müharibəsi Qəhrəmanına yeni vəzifə verdi
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibov yeni vəzifəyə təyin edilib.
“Minval.info” report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Z.Yusibov Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin olunub.
Qeyd edək ki, Z.Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Ölkə və DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik V.Eyvazov ona növbədənkənar mükafat qaydasında “polkovnik” rütbəsini təqdim edib.
Vətən müharibəsi zamanı o, rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları istiqamətlərində döyüşüb. XTQ komandiri Hadrut qəsəbəsinə ilk daxil olan qəhrəmanlardandır. O, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır. Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə yaralanıb və bu barədə heç kəsə məlumat verməyib. O, 3 gün yaralı vəziyyətdə döyüşüb.
Z.Yusibov yarası sağalmamış yenidən döyüşlərə qatılıb və Kəlbəcərin düşməndən azad olunmasında iştirak edib.
Prezident İlham Əliyevin sərəncamı ilə o, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı