Bakıda idman mərkəzində yanğın - Video
Bakıda idman kompleksində baş verən yanğın söndürülüb.
Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Bu barədə Minval.info-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Saat 09:58
***
Fövqəladə Hallar Nazirliyi Bakıda idman kompleksində baş verən yanğınla bağlı məlumat yayıb.
Minval.info nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Saat 09:38
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
***
Bakıda idman kompleksində yanğın başlayıb.
ONA-nın məlumatına görə hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Vətən” idman kompleksində qeydə alınıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Yanğının söndürülməsinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
