ÜST-dən xəbərdarlıq: Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq
Bəşəriyyət pandemiyadan sonra başqa, daha ciddi təhlükələrlə üzləşəcək.
Minval.info-nun xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.
“Pandemiya başa çatdıqda, biz əvvəl olduğundan daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s”, – o deyib.
O əlavə edib ki, indi insanlar sağlamlığın dəyəri haqqında təsəvvürləri əsaslı şəkildə dəyişdirməlidirlər. Tedros Adanom Qebreyesusun sözlərinə görə, dünyada iqtisadi artım bütün planetin rifahına əsaslanmalıdır.
ÜST rəhbəri səhiyyə xərclərinə deyil, gələcək sərmayələrə baxmağa çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi