Uroş Matiç: "Qarabağ" transferim üçün hər şeyi etdi"
“Bu komandada olmaqdan məmnunam”.
“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın yeni transferi Uroş Matiç öz açıqlamasında deyib.
Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib:
“Qarabağ” transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər”.
Klub barədə də danışan 30 yaşlı oyunçu “Qarabağ”ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib:
“Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, “Qarabağ” Danimarkanın “Kopenhagen” klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək