Ulduz futbolçu təcavüz olunduğunu açıqladı
“Beşiktaş”da keçirdiyi uğursuz mövsümün ardından “Everton”a qayıdan Dele Alli İngiltərədə verdiyi açıqlamalarla gündəm olub.
“The Overlap” yutub kanalına müsahibə verən 27 yaşlı yarımmüdafiəçi narkotik vasitə və alkoqol düşkünlüyündən danışıb. O, cinsi təcavüzə məruz qaldığını, 7 yaşında siqaret çəkməyə başladığını və nizam-intizam qaydalarını öyrənmək üçün Afrikaya göndərildiyini açıqlayıb. Alli 12 yaşında övladlığa götürülüb.
“Narkotik vasitələr, alkoqol çox qəbul etmişəm. Günlük həyatımda da qəbul edirdim. Gerçəklərdən qaçmaq üçün bu addımı atırdım. 6 yaşımda ikən anamın dostu tərəfindən təcavüz olundum. Anam alkoqol düşkünü idi. 7 yaşımdan siqaret çəkməyə başladım. Afrikada narkotik vasitələr sataraq yaşamağa çalışırdım”.
Bu sözlərdən sonra həm Dele Alli, həm də aparıcı Qeri Nevil göz yaşlarını saxlaya bilməyib. (Offsideplus.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi
Messi Argentinada milli karyerasına son qoydu
Sonq Yadonq və Nurmaqomedovlar arasında gərgin anlar!