Ukraynada həlak olan Elnur Goranboyda dəfn edildi - “Qızına şəhid Arəstənin adını qoymuşdu”
Ukraynada döyüşərək həlak olan Vətən Müharibəsinin qazisi Elnur Həsənovun cənazəsi Azərbaycana gətirilərək dəfn olunub.
Bu barədə Bakupost.az -a Elnur Həsənovun atası Elşən Həsənov məlumat verib.
O bildirib ki, oğlu aprelin 10-da Goranboy rayonunda dəfn olunub:
“Oğlumun cənazəsinin gətirilməsi üçün aidiyyəti qurumlara müraciət etsəm də, heç birindən cavab olmadı. Vəd verdilər ki, kömək edəcəklər, amma etmədilər. Düz 10 gün gözlədim, sonra Ukraynadan cənazə gətirən şirkətə pul ödədim, aprelin 10-da oğlumun cənazəsini Vətənə gətirdik”.
E. Həsənov oğlunun şəhid olmaq arzusuyla yaşadığını bildirib:
“Elnur imanlı biri idi. İki övladı var. Müharibəyə gedəndə qızının olacağını öyrənmişdi və ələ həmin vaxt adını qoymuşdu. Vətən Müharibəsində şəhid Arəstə Baxışovanın adını qoydu. Deyirdi ki, Arəstə Baxışovanın anım günündə qızımı ziyarətinə aparacağam, bəlkə onlara az da olsa təskinlik olar.
İkinci Qarabağ müharibəsinə könüllü olaraq getmişdi. Sağ-salamat gəldiyinə şükür edən anama, heyifslənərək “şəhidlik hər adama qismət olmur”, deyirdi. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə oxuyurdu”.
Qeyd edək ki, Elnur Həsənov 1983-cü ildə Goranboy rayonun Qarasüleymanlı kəndində anadan olub. O, Vətən Müharibəsində könüllü iştirak edib. Soquvuşan, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə olub. Sanitar köməkçisi kimi şəhidləri döyüş bölgəsindən çıxarmağa kömək edib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Azərbaycanlı model Sinqapurda şəhərin ortasında soyundu - Fotolar
“Kontakt Home” cəzalandırıldı
Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
Mədət Quliyevin müavini işdən çıxarıldı
Suqovuşana Azərbaycan bayrağını sancan əsgərimizi siz də tanıyın - VİDEO