Ukraynada benzin və dizel bahalaşa bilər – Səbəb AÇIQLANDI
Ukraynada benzin və dizel yanacağının qiymətinin artacağı gözlənilir. Minval.info xəbər verir ki, buna səbəb “Ukrzaliznıtsya”nın dəmir yolu daşımaları üzrə tarifləri artırması ola bilər.
“Naftorınok” konsaltinq şirkətinin analitiki Aleksandr Sirenkonun sözlərinə görə, tariflərin yenilənməsi yanacağın logistika xərclərini əhəmiyyətli dərəcədə artıracaq. O bildirib ki, əvvəllər bir litr yanacağın qiymətində logistika xərci orta hesabla 2-3 qrivna təşkil edirdisə, yeni tariflərdən sonra bu göstərici 4-5 qrivnaya yüksələ bilər.
Ekspert qeyd edib ki, bazara əlavə təzyiq Avropada dizel yanacağının yüksək qiyməti ilə də bağlıdır. Onun sözlərinə görə, neft ucuzlaşsa da, hazır neft məhsullarının qiyməti yüksək olaraq qalır və Ukrayna bahalı yanacaq idxal etməyə məcburdur.
Mütəxəssis hesab edir ki, yanacağın bahalaşması inflyasiyanı daha da sürətləndirə bilər. Bu isə ərzaq məhsulları, nəqliyyat, təmir və digər xidmətlər də daxil olmaqla, bir çox sahədə qiymət artımına səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!