Ukrayna və Rusiya prezidentləri Parisdə ayrıca görüş keçirəcəklər
Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin “Normand” sammitindən sonra Yelisey sarayında ayrıca görüş keçirəcəklər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentlər müxtəlif məsələləri, o cümlədən Minsk sazişinin reallaşdırılmasını və iki dövlət arasında qaz danışıqlarının mübahisəli aspektlərini müzakirə edəcək.
Bu, cari ilin may ayından Ukraynaya rəhbərlik etməyə başlayan Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında ilk görüş olacaq. Dövlət başçıları arasında buna qədər dörd dəfə – iyul, avqust, sentyabr və noyabr aylarında telefon danışıqları olub.
“Dördlüyün” görüşü isə Bakı vaxtı ilə saat 19:00-da başlamalıdır. Danışıqlar üçün 2 saat 45 dəqiqə vaxt ayrılıb. Görüşdən sonra danışıq iştirakçılarının mətbuat-konfransı planlaşdırılır.
Tədbirdən öncə bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putin əvvəlcə Almaniya kansleri Angela Merkellə, sonra isə fransalı həmkarı Emmanuel Makronla danışıqlar aparacaq.
Qeyd edək ki, “Normand” formatı Donbasda vəziyyətin nizamlanması üzrə 2014-cü ildə yaradılan Ukrayna, Almaniya, Fransa və Rusiya nümayəndələrindən ibarət diplomatik qrupdur. 2015-ci ilin fevralında “Normand dördlüyü” Minskdə atəşkəs sazişinə nail olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan son bir həftədə ikinci dəfə Moskvaya nümayəndə göndərdi
Zelenski Bakıdan görüntü paylaşdı - Rəsmi səfər, qeyri-rəsmi FOTO
“Koronavirusdan sonra sol cərəyanlar güclənəcək” – Elxan Şahinoğlu
“Qarabağın geri qaytarılması üçün hər şeyi edəcəyik” - Ərdoğan
Türkiyənin Ədliyyə naziri: “ABŞ Senatının qərarını tanımırıq"
İlham Əliyev “Haber Türk”ə müsahibə verdi - Foto
REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT