Ukrayna təcili sərhədlərini bağlayır
Ukrayna hökuməti ölkədə koronavirusla bağlı vəziyyət pisləşdiyindən xarici vətəndaşlar üçün sərhədləri vaxtından əvvəl bağlamaq qərarına gəlib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sərhədlərin bağlanması avqustun 29-na planlaşdırılsa da, bu tarix 28 avqusta keçirilib.
Baş Nazir Denis Şmıqalın Teleqramda verdiyi məlumata əsasən, bu qərar Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul olunub. Sərhədlər sentyabrın 28-dək bağlı qalacaq.
Ölkəyə yalnız Ukraynada iş icazəsi olanlar, ikigünlük xaricə səfər etdiklərini təsdiqləyən sənədi olanlar, təhsil almaq və hərbi xidmət keçmək məqsədi ilə gələnlər buraxılacaq.
Bununla yanaşı, xarici dövlətlərin rəsmi nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və onları müşayiət edənlərin ölkəyə gəlişinə icazə veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi