UFC rəhbəri anons etdi: Konorun növbəti rəqibi Həbib olacaq
UFC-nin rəhbəri Deyn Uayt əmindir ki, Konor Makqreqorun növbəti rəqibi rusiyalı Həbib Nurməhəmmədov olmalıdır. Bu barədə o, UFC 246 turnirindən sonra keçirilən mətbuat konfransında danışıb.
Uayt çıxışında Makqreqor-Nurməhəmmədov cütlüyünün qarşılaşmasını Məhəmməd Əli və Corc Forman arasındakı rəqabətlə müqayisə edib. O deyib ki, bu, təşkil etməyə dəyəcək bir döyüş olacaq.
Qeyd edək ki, Deyn Uayt bundan əvvəl də Makqreqorla Həbib arasında revanş döyüşün təşkilini istisna etmirdi. O, bunun üçün Konorun qarşısında “Kovboy”u məğlub etmək şərti qoymuşdu.
Xatırladaq ki, Həbiblə Makqreqor arasında ilk döyüş 2018-ci ilin oktyabrında baş tutmuşdu. Həmin vaxt Həbib rəqibinə qalib gələrək, UFC-nin yüngül çəkidə çempionu adını qazanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək