UEFA yeni formatı təsdiqlədi - RƏSMİ
UEFA İcraiyyə Komitəsi yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi səbəbindən Gənclər Liqasında 2020/2021 mövsümünün təqviminin yeni formatını təsdiqləyib.
“Minval.info” qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir martın 2-də 1/32 final mərhələsinin görüşləri ilə start götürəcək və raundun qalibləri 1 oyunla müəyyənləşəcəklər.
Sonda yarımfinala qalan komandaların iştirakı ilə “dördlər finalı” (2021-ci il 17 – 20 may) olacaq. İlk püşkatma mərasimi yanvarın 27-də gerçəkləşəcək.
Yarışda əvvəlkitək 64 klub iştirak edəcək. Bunların 32-si əsas komandaları ÇL-ə vəsiqə qazanmış kollektivlər olacaq. Onlar Çempionlar Liqası Yolunda mübarizə aparacaqlar. Digər 32 iştirakçı isə ölkələrində çempion olan gənclər komandası olacaq ki, bunlar da Çempionlar Yolunda yarışacaqlar.
Qeyd edək ki, Gənclər Liqasında Azərbaycanı “Qəbələ”nin U-19 komandası təmsil edəcək. Azərbaycan çempionu mübarizəyə 1/32 finaldan başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək