UEFA "Qarabağ"ı cərimələdi
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin iyulun 31-də “Dalğa Arena”da Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”unu 3:0 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərdir.
Qurum qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsinə görə “Qarabağ”a 20 min avro (38 min manat) məbləğində cərimə kəsib.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən “Qarabağ” çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu Şimali İrlandiyada baş tutan ilk pley-off matçında “Linfild”ə 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi