UEFA-dan Mahir Emreli ilə bağlı AÇIQLAMA
UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev oyununda birbaşa qırmızı vərəqə alaraq cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərarı gələn həftə verəcək.
Bu barədə qitə futbol qurumundan “Report”un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 23 yaşlı hücumçunun məsələsinə UEFA Nizam-İntizam Komitəsinin sentyabrın 22-dəki iclasında baxılacaq. Qərar qəbul olunduqdan bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. “Qarabağ”ın futbolçusu bu səbəbdən Millətlər Liqasının II turunda Kiprlə səfər matçını avtomatik buraxıb. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb – 1:0.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
