UEFA “Arsenal” – “Qarabağ” oyunuda baş verənlərlə bağlı qərar verdi
Minval.info // Bu gün UEFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONA-nın məlumatına görə, iclasda bir sıra məsələlərə baxan qurum Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) matçında yaşananları da müzakirə edərək müvafiq qərar çıxarıb.
Dekabrın 14-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Londonda keçirilən oyunun gedişində əlində qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağı olan azarkeşin çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib. UEFA “Arsenal”a 15 min avro cərimə kəsib.
Qeyd edək ki, oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək