"Twitter": Azərbaycana qarşı fəaliyyət göstərən 35 erməni hesabı ləğv edilib
“Twitter” sosial şəbəkəsinin platforma manipulyasiya siyasətini pozduğu üçün Rusiya, Ermənistan və İranla əlaqəli olan 373 hesab ləğv edilib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, təkcə İrandan olan 238 hesab ləğv olunub.
Rusiyadan olan 100 hesab isə NATO və Avropa İttifaqına qarşı fəaliyyətinə görə bağlanıb.
Buna münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva hesabların bloklanma səbəblərini dərindən araşdıracaq.
Qeyd edək ki, “Twitter” bundan əlavə, Azərbaycan əleyhinə fəaliyyət göstərən 35 erməni hesabını da ləğv etdiyini açıqlayıb.
Şirkətdən bildirilib ki, sözügedən hesablar sosial şəbəkənin platforma manipulyasiya siyasətini pozduğunu üçün “Twitter”dən həmişəlik kənarlaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq