Türkiyə Zəfər Bayramını coşqu ilə qeyd edir
Bu gün Türkiyə Zəfər Bayramını və Silahlı Qüvvələr Gününü qeyd edir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibə, 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnmişdir. Bu qələbə, türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi olmuş, xarici qüvvələr Türkiyə ərazisindən çıxarılmış və tezliklə Cümhuriyyət elan edilmişdir.
Minval.info xəbər verir ki, dövlət bayramı münasibətilə Türkiyənin bütün vilayətlərində müxtəlif tədbirlər, yürüşlər, konsertlər və toplantılar təşkil olunur. Yunan qoşunları İzmirə qədər təqib edilmiş və 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdur. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsini simvolik şəkildə təmsil edir.
İlk dəfə 1924-cü ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım