Türkiyə prezidentinin müşaviri: "Bəşəriyyətin türk-islam birliyinə ehtiyacı var"
Bəşəriyyətin türk-islam birliyinə, mədəniyyətinə və bu mədəniyyətdən doğan ədalətə ehtiyacı var. Bunu Trend-ə müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu bildirib ki, enerji mənbələri, insan potensialı və coğrafi mövqe baxımından türkdilli dövlətlər əsrimizin ən güclü birliyini qurmaq potensialına sahibdirlər: “İnanıram ki, rifah və sabitliyə müsbət mənada təsir edə biləcək bu birliyə dünyanın da ciddi ehtiyacı var”.
Baş müşavirin sözlərinə görə, tarixdə türk-islam mədəniyyətinin güclü olduğu dövrlərdə heç vaxt digər millətlər və dinlərin nümayəndələri ayrı-seçkiliyə məruz qalmayıb və əmin-amanlıqda yaşayıblar:
“Bu gün məzlumların halı göz qabağındadır. Tarix göstərir ki, bəşəriyyətin yenidən bizim mədəniyyətimizə və ədalətimizə ciddi ehtiyacı var”.
Y.Topçu əlavə edib ki, müstəqilliklərini əldə etdikdən sonrakı 27 il müddətində türkdilli dövlətlər arasında bütün sahələrdə möhkəm əlaqələr qurulub:
“Müstəqillik illərində türkdilli dövlətlər bir çox sahələrdə əməkdaşlıq edərək vətəndaşlarının gələcəyinə yönəlmiş mühüm layihələr həyata keçiriblər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı