Türkiyə Prezidenti: “Taliban” bizə aeroportun fəaliyyətini təmin etməyi təklif edib”

“Bizim kiminlə harada, nə zaman, necə görüşmək barədə icazə alacaq lüksumuz yoxdur”.
“Minval.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən əvvəl Atatürk Hava Limanındakı çıxışı zamanı deyib.
“Əfqanıstan xalqının sülh və dincliyi üçün 20 ildir töhfələr veririk. Əfqanıstanda prioritet vətəndaşlarımızın təxliyəsidir. Bütün qurumlarımız bu prosesi yaxından izləyir. Təxliyələri ən qısa və sürətli şəkildə tamamlayacağıq”, – o qeyd edib.
Ərdoğan “Taliban”ın Türkiyəyə hava limanının fəaliyyətini təmin etmək barədə təklif etdiyini vurğulayıb: “Bizim kiminlə harada, nə zaman, necə görüşmək barədə icazə alacaq lüksumuz yoxdur. “Taliban”la səfirliyimizdə 3,5 saat davam edən bir görüş keçirilib. Görüşlərlə prosesi sağlam şəkildə idarə etməyə çalışırıq. “Taliban” bizə Kabil hava limanının fəaliyyətini təmin etməyi təklif edib. Bu mövzuda hələ qərar verməmişik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub