Türkiyə prezidenti Rusiyada səfərdədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərə gedib.
“Report” AA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayraq, milli müdafiə naziri Hülusi Akar, sənaye və texnoloji naziri Mustafa Vərənk, Prezident Administrasiyasının xarici əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sözçüsü İbrahim Kalın daxildir.
Səfər çərçivəsində Türkiyə və Rusiyanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin MAKS-2019 beynəlxalq hava nəqliyyatı və fəza sərgisinin açılış mərasiminəqatılıblar.
Həmçinin keçirilən təkbətək və geniş tərkibli görüşlərdə R.T.Ərdoğan və V.Putin iki ölkə arasındakı əlaqələr, Suriya başda olmaqla bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı