Türkiyə Müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb
Türkiyənin müdafiə naziri Hulusi Akar Gürcüstanın Baş naziri Mamuke Baxtadze ilə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsi, NATO çərçivəsində Türkiyə-Gürcüstan əlaqələrinin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib.
H. Akar bildirib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə dəstəkləyici mövqeyi heç vaxt dəyişməyəcək.
Türkiyəli nazirin daha sonra Gürcüstan müdafiə naziri Levon İzoria və Prezidenti Salome Zurabişvili ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyənin Müdafiə naziri Gürcüstanın Dövlət Müstəqilliyin günü münasibəti ilə keçirilən hərbi paradda iştirak etmək məqsədi ilə Tiflisdə səfərdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?