Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır
Dövlət büdcəsi Türkiyənin bir şəhərinin büdcəsi qədər olan Ermənistanda Türkiyəyə sanksiya tətbiq etmək, onun iqtisadiyyatına ziyan vurmaq məqsədi ilə dövlət səviyyəsində türk mallarının ölkəyə gətirilməsi qadağan olunub.
“Report”un xəbərinə görə, rəsmi Yeravanın bu boykot kampaniyasına baxmayaraq, ölkənin baş naziri Nikol Paşinyan xaricə səfər zamanı türk malları və xidmətlərinə daha çox üstünlük verir.
Baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gedib. N.Paşinyan Qazaxıstanın ən böyük şəhərində gecələmək üçün məhz türk iş adamı Fettah Taminceyə məxsus “Rixos” otellər şəbəkəsinin beşulduzlu mehmanxanasında qalıb.
Bundan başqa, erməni politoloq Andranik Ovannisyanın teleqramda yazdığına görə, baş nazir Qazaxıstana 50 mühafizəçi ilə yollanıb. Onların əksəriyyəti müşavir və mütəxəssis kimi qeydiyyatdan keçiblər. Baş nazirin qorxuduğuna işarə edən politoloq mühafizəçilərin bütün sutka boyu həm otelin daxilində, həm də xaricində növbətçilik etdiyini bildirib: “Baş nazirin nömrəsində hələ də işıq sönməyib, görünür, yata bilmir. Yəqin, rusca mətn əzbərləyir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Binəqədi yollarının təmirinə 8,7 milyon ayırdı
ABŞ yeni səfirini Bakıya göndərir
Türkiyədən növbəti diplomatik qələbə: İsveç və Finlandiyadan istədiyini aldı
İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir - FOTO
Türkiyənin ardınca Azərbaycanda da baş nazir postu ləğv oluna bilər