Türkiyə kəşfiyyatı Ermənistanda fəaliyyət göstərmiş terrorçunu məhv etdi

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat keçirib.
Əməliyyat nəticəsində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan PKK terror qruplaşmasının mərkəzi komitəsinin üzvü Engin Karaaslan zərərsizləşdirilib.
Engin Karaaslan terror qruplaşması daxilində “Heydər Varto” kod adı ilə tanınıb. MİT-in bölgədəki əməkdaşları terrorçunun Suriyanın Qamışlı bölgəsində fəaliyyət göstərdiyini müəyyən edib. Bundan sonra terrorçunun avtomobilinə Qamışlı-Haseko magistralında Eli Fero bölgəsində PUA vasitəsilə zərbə endirilib.
PKK terror qruplaşmasına 80-ci illərdə qoşulan Engin Karaaslan 2000-ci illərdə qruplaşmanın Ermənistandakı nümayəndəsi olub.
Mənbə: “Hürriyet”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub