Türkiyədə yaşayan azərbaycanlı müəlliməni qaçırdılar – Fotolar
Türkiyədə yaşayan Aytən Hüseynova adlı qızdan bir aydır xəbər yoxdur.
Minval.info xəbər verir ki, “azxeber.com”a müraciət edən A.Hüseynovanın yaxınlarının sözlərinə görə, Aytən bir neçə ildir ki, Ankarada xarici dil müəlliməsi kimi çalışırmış. Məlumata görə, A.Hüseynovanın sevgilisi tərəfindən qaçırıldığı bildirilir. Belə ki, öncədən tanış olduğu adı məlum olmayan şəxslə münasibəti olan qız bir neçə ay öncə sosial şəbəkədəki hesabında evləndiyini bildiribmiş.
Araşdırmalar nəticəsində A.Hüseynovanın evləndiyi şəxsin adının saxta olduğu ortaya çıxıb. Məsələ ilə bağlı polis araşdırma başlayıb. Bununla yanaşı Türkiyənin tanınmış araşdırmaçı-jurnalisti Müge Anlı da məsələ ilə bağlı araşdırma aparır.
Müge Anlı sabahdan etibarən qızın ailəsini efirə dəvət edəcəyinin anonsunu verib.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı