Türkiyədən otel qiymətləri ilə bağlı açıqlama
“Rusiya ilə uçuşlar bərpa edildikdən sonra otellərdə istirahətin qiyməti 2019-cu ildə olduğu kimi qalacaq”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır deyib. Onun sözlərinə görə, hazırkı qiymətlər tur operatorları ilə ötən il imzalanmış müqavilədəki kimidir və elə də qalacaq.
“Otellərdə koronavirus pandemiyası tədbirləri ilə əlaqədar xərclərin artmasına baxmayaraq, qiymət artımı olmayacaq. Hətta bəzi otellər müştəri cəlb etmək üçün qiymət endiriminə gedəcək”, – deyə Çorabatır bildirib.
Qeyd edək ki, Rusiya avqustun 1-dən Türkiyə ilə uçuşları bərpa edib. Aviareyslər yalnız Ankara və İstanbul şəhərlərinə keçiriləcək. Bununla yanaşı, avqustun 10-dan etibarən Türkiyənin Antalya, Bodrum və Dalaman kimi kurort şəhərlərinə uçuşlar yerinə yetiriləcək.
Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə koronavirus səbəbindən müntəzəm və çarter reysləri dayandırmışdı. Avqustun 1-dən etibarən isə Böyük Britaniya, Tanzaniya və Türkiyə ilə beynəlxalq uçuşları bərpa edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi