Türkiyədə koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır - FOTO
Fevralın 14-də Türkiyədə ümumilikdə 104 min 108 nəfər koronavirusa qarşı testdən keçirilib. Onlardan 6 min 287 nəfərdə xəstəliyin əlamətləri aşkarlanıb, 666 nəfər xəstəxanalara yerləşdirilib.
Son sutkada bu xəstəlikdən 94 nəfər ölüb, 6 min 910 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 586 min 183 nəfərdə virus aşkarlanıb, 27 min 471 nəfər isə infeksiyadan həyatını itirib.
Qeyd edək ki, hazırda Türkiyədə koronavirusla bağlı “Evdə qal” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur. Fevralın 12 də tətbiq olunan 56 saatlıq məhdudiyyət bazar ertəsi saat 5:00-da başa çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ