Türkiyədə eşidənləri şoka salan boşanma iddiası
Türkiyədə film kimi boşanma iddiası qaldırılıb.
BAKU.WS-in məlumatına görə, Anatalyada yaşayan bir uşaq atası Əli adlı şəxs arvadının təmizkarlığından bezdiyi üçün boşanmağa qərar verib. 40 yaşlı kişi 2012-ci ildə ailə qurub. Bir il sonra onların övladları dünyaya gəlib. Lakin qısa müddət sonra arvadının həddindən artıq təmizkar olması onu həyatından belə usandırıb.
“Təmizlik həvəsi onda xəstəlik dərəcəsindədir. Toydan öncə ailəsi bu xəstəliyi məndən gizlədib. Ailə qurandan sonra bir gün belə xoşbəxt ola bilmədim. İşdən evə gələndə evə daxil ola bilmirdim. Həyat yoldaşım ev ayaqqabısı ilə birbaşa hamama getməyimi deyirdi. Öz evimdə dilədiyim kimi hərəkət edə bilmirdim. Daim ətrafı çirkləndirdiyim üçün məni danlayırdı. Evdəki mebellər, qapılar, pəncərələr belə təmizlənməkdən aşınıblar. 40 min lirəyə yaxın ziyana düşmüşəm. Ayda 800 lirəyə yaxın təmizlik vasitələrinə vəsait xərclənir. Hər səhər yatdığımız yorğan-döşəyi, yastığı, yatağı belə yuyur. Ev çirklənəcək deyə heç kimi qəbul etməyə icazə vermir”.
Kişinin sözlərinə görə, həyat yoldaşını müalicə etdirmək istəyib. Amma müalicələr nəticəsiz qalıb. “Hətta körpə doğulandan sonra belə ona diqqət yetirmək əvəzinə təmizliklə məşğul olub. Uşağa belə altını batırdığı üçün hirslənib, deyinirdi. Bəzi geyimləri isə kirləndiyi üçün kəsib atırdı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü