Türkiyədə bu qadağalar yenidən qüvvəyə minir
Artıq bir neçə gündür Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarında kəskin artım müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində tətbiq olunan qadağalar yenidən qüvvəyə minir.
Minval.info AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən COVID-19-a qarşı qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsi hazırlanaraq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına təqdim edilib.
Bu tədbirlər çərçivəsində böyük şəhərlər də daxil olmaqla Türkiyənin hər bölgəsində kütləvi tədbirlərin keçirilməsi, iaşə obyektlərində canlı musiqi səsləndirilməsi qadağan olunub. Bu gündən etibarən Türkiyənin bir çox şəhərlərində olduğu kimi rəsmi rəqəmlərə əsasən 16 milyondan çox əhalisi olan İstanbulda da ictimai nəqliyyatdan istifadə edənlərin sayı və ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılır.
Qaydaların tətbiqinə nəzarət məqsədilə hər bölgədə xüsusi qruplar fəaliyyət göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü