Türkiyədə azərbaycanlı qadın qonaq getdiyi evdə öldürüldü

Türkiyənin Nevşehir şəhərində azərbaycanlı qadın Tərhanə Yaman qonaq getdiyi evdə qətlə yetirilib.
“Minval.info” Türkiyə mediasına istinadən xəbər verir ki, 2 uşaq anası olan 53 yaşlı Tərhanə Avanos rayonunda yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən dava çıxıb və Aşar ov tüfəngi ilə qadına atəş açıb. O, daha sonra yaşadığı evi tərk edib.
Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb. Yamanın cəsədi Nevşehir Dövlət Xəstəxanasının morquna aparılıb.
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseridə özünü qatarın altına ataraq intihar edib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə Müdafiə Nazirliyi noyabrda 169 terrorçunu zərərsizləşdirib
Ruhanilər Tbilisidə cinsi azlıq tərəfdarlarının yürüşünün qarşısını alacaq
İranda dəhşətli terror hücumu: 20 ölü, 20 yaralı
Rusiyada köhnə binalar çökür: Bakıya oxşar təhlükə varmı? - mütəxəssis rəyi
Gürcüstanda azərbaycanlıların “qızqaçırma”sı faciə ilə nəticələndi
Qonşu ölkədə bir gündə 694 nəfər koronavirusdan öldü
Türkiyədə beş gündür itkin düşən qız vəhşicəsinə öldürülüb