Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu
Türkiyə-Azərbaycan Universiteti (TAU) ilk rektoru Nəcibə Nəsibovanın kollektivə təqdim olunması ilə fəaliyyətində yeni mərhələyə qədəm qoyub.
Minval.info xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi tədbirdə çıxış edən nazir müavini İdris İsayev universitetin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində strateji əməkdaşlığın ən mühüm layihələrindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, Himayəçilər Şurası qarşıdakı dövrdə universitetin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib.
Yeni rektor Nəcibə Nəsibova isə çıxışında TAU-nun təkcə yeni nəsil ali təhsil modeli deyil, həm də Azərbaycan və Türkiyə arasında qardaşlığın və ortaq dəyərlərin simvolu olduğunu vurğulayıb. O, göstərilən etimada görə təşəkkür edərək qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün səylə çalışacağını bildirib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə ilk tələbə qəbulu 2024–2025-ci tədris ilində həyata keçirilib. Universitetdə “Kompüter mühəndisliyi”, “Qida mühəndisliyi” və “Sənaye mühəndisliyi” ixtisasları üzrə təhsil dövlət sifarişi əsasında və ingilis dilində aparılır.
Hazırda universitetdə 174 tələbə təhsil alır. Bu il isə üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Bunlardan 60 yer “Kompüter mühəndisliyi”, 30 yer “Sənaye mühəndisliyi”, 30 yer isə “Qida mühəndisliyi” ixtisasının payına düşür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı