Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında münasibətlərin normallaşması mümkün deyil”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin sədri Mətin Gündoğdu Yeravnda jrunalistlərin Türkiyə-Ermənistan münasibtələrinin normallaşması ilə bağlı sualını cavablandırarkən bildirib.
O deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına Dağlıq Qarabağ məsələsinin həlli baxımından yanaşmaq lazımdır: “Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla münaqişə həll edilmədən Yerevanla Ankara arasında münasibətlərin normallaşaması mümkün deyil. Bundan başqa, erməni diasporu münasibətlərin normallaşdırılmasını şərtləndirməməlidir”.
Qeyd edək ki, aprelin 16-da İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 52-ci toplantısı keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı