Turizmin inkişafı üçün yeni dövr başlayır!
2026-2030-cu illər üçün Turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edilib. Bu sənəd, turizmin əlçatanlığı, bazarların məhdudluğu, mövsümilik, investisiya, xidmət keyfiyyəti, kadr çatışmazlığı və rəqəmsallaşma kimi əsas problemləri hədəf alır.
Minval.info xəbər verir ki, proqramın strateji hədəfləri arasında 2030-cu ilədək turizm sahələrində əlavə dəyərin təxminən 40 faiz artırılması, xarici turist xərclərinin 3,3 milyard manatdan 6,3 milyard manata çatdırılması və ölkəyə gələn əcnəbilərin sayının 2,57 milyondan 3,8 milyona yüksəldilməsi nəzərdə tutulur.
Proqramın tədbirlər planında viza rejiminin liberallaşdırılması, yeni uçuşların açılması, aviabilet qiymətlərinin rəqabətqabiliyyətliliyinin artırılması, aşağı büdcəli aviaşirkətlərin cəlbi və regionlarda yeni turizm mərkəzlərinin yaradılması kimi konkret addımlar yer alır. Bu tədbirlər çərçivəsində 34 hədəf ölkə üzrə vizasız rejim, azı 4 yeni uçuş istiqaməti və mövcud istiqamətlər üzrə uçuş tezliyinin 20 faiz artırılması planlaşdırılır.
Proqramın müsbət tərəfləri ilə yanaşı, təkmilləşdirilə biləcək məqamlar da mövcuddur. İndikatorların keyfiyyəti və resurslarla nəticələr arasındakı əlaqə məsələləri diqqətə alınmalıdır. Proqramın maliyyələşmə mənbələri müəyyən edilsə də, indikativ maliyyə yükü göstərilmir ki, bu da sonrakı qiymətləndirməni çətinləşdirir.
Ümumilikdə, yeni Dövlət Proqramı problemlərin diaqnostikası və tədbirlərin əhatəsi baxımından ciddi bir sənəddir. Növbəti mərhələdə əsas məsələ tədbirlərin icra faizindən daha çox onların yaratdığı real iqtisadi, sosial və institusional nəticələrin ölçülməsi olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı