Turandan Rusiyadakı pullu azərbaycanlılara sərt sözlər: "Bir az soyunan, bir az burcudana..."
Tanınmış jurnalist Turan İbrahimov maraqlı açıqlama verib.
Minval.info xəbər verir ki, sosial şəbəkədə video paylaşan Turan Rusiyada yaşayan azərbaycanlılara müraciət edib. Jurnalist həmkarı Fuad Abbasova dəstək olmayan imkanlı şəxsləri laqeyd münasibətə görə günahlandırıb:
“Rusiyada yaşayan, orada fəaliyyət göstərən, öz gücü ilə bir yerlərə gələ soydaşlarımız ümidvaram ki, məni anlayacaqsınız. Oradan bura pul göndərirsiniz, çevrənizi, qohumlarınızı saxlayırsınız. Əhsən! Sizinlə fəxr edirik! Həm də eşidirik ki, mütəmadi olaraq bir ağız oxuyan, biraz soyunan, biraz burcudan manıs tayfasına da yaxşı dəstək olursuz. Birinə ev alırsız, birinə maşın bağışlayırsız. Öz işinizdir, öz pulunuzdur.
Sizə belə bir sual verim. Rusiyada faəliyyət göstərən soydaşımız Fuad Abbasov Azərbaycanın maraqlarını qorumaq üçün əlindən gələni edir. Son günlər çeçenlərlə-azərbaycanlılar arasında qarşıdurma yaratamaq istəyənləri ifşa etdi. Sübut etdi ki, bunların arxasında ermənilər durur. İndi isə ermənilər onu ölümlə, deportasiya və həbslə hədələyir. Maddi vəziyyəti yaxşı deyil, evi-eşiyi yoxdur. Vəziyyəti ürəkaçan deyil. Ona niyə dəstək olmursuz? Gərək o da manıslıq etsin ki, diqqətnizi çəksin?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək