Tural Abbaslı: “İlham Əliyev dosta da, düşmənə də, xalqa da mesaj verdi”
Tural Abbaslı: “İlham Əliyev həm dost və düşmən ölkələrə, həm də daxili auditoriyaya kifayət qədər mesajlar verdi”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev, ötən həftə xarici və yerli jurnalistlər üçün mətbuat konfransı keçirib. Ölkə başçısı mətbuat konfransında bir sıra vacib məqamlara aydınlıq gətirib və jurnalistlərin suallarını cavablandırıb.
Prezident Əliyevin keçirdiyi mətbuat konfransı həm də bir sıra mesajlarla yadda qalıb və ünvanlanan mesajlarla hələ də müzakirə mövzusudur.
AĞ Partiya sədri Tural Abbaslı mövzu ətrafında Busaat.az-ın suallarını cavablandırıb. Bildirib ki, mətbuat konfransı Azərbaycan iqtidarının beynəlxalq media ilə kütləvi iş prosesi baxımından ilk və əhəmiyyətli idi. Onun sözlərinə görə, Qarabağ kimi problemi olan dövlətin dünya ictimaiyyətində rəy yaradan media qurumları ilə birbaşa işləməməsi informasiya müharibəsində uduzmağımıza gətirib çıxarmışdı.
Bununla yanaşı, partiya sədri mətbuat konfransında həm beynəlxalq ictimaiyyətə, həm dost və düşmən ölkələrə, həm də daxili auditoriyaya kifayət qədər mesajlar verildiyini əlavə edib.
Qeyd: Ətraflı videomüsahibədə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir