Tünzalədən “Dünya yalnız səndən ibarət” - Video
Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb.
Pop star “Dünya yalnız səndən ibarət” adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb. Saç və makiyaj üzərində Elnur Həsənov çalışıb. Geyim Dent’elle Couture məxsusdur. Klipin art direktoru isə Murad Vəliyevdir.
Ağayeva yeni işini bütün sevənlərə hədiyyə etdiyini bildirib: “Yeni mahnımı bütün sevgililərə həsr edirəm. Çünki sevənlərin dünyası sevdiklərindən ibarətdir. Bu, hər birimizin həyatında belədir. Bizim dünyamız sevdiklərimizdən ibarətdir. Mən istərdim ki, bütün sevgililər xoşbəxt olduqları zaman məhz bu mahnını dinləyib, oxusunlar və bu nəğmə ilə daha çox xoşbəxt olsunlar”.
Qeyd edək ki, mahnının musiqisi Tünzalə Ağayevaya, sözləri isə Fariz Zeynalova məxsusdur. İfada səslənən solo elektro gitara parçasını Rəhman Məmmədli nümayış etdirib. Mahnının aranjımanını Emin Karim edib. Layihənin prodüseri isə Yalçın Cabbarovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur üçlü bu dəfə "Yuxuma da gəlmə" dedi
"Toy qiymətləri hədsiz şişirdilib" - Gülyaz Məmmədova
Həyat yoldaşını qorumaq üçün milyonlar xərclədi
“Oğluma şou-biznesdən qız almaram” - Brilliant
Məşhur müğənni dırnaq boyası satacaq
"Təzə maşın almaq üçün toylara gedirdim" - Elgiz Əkbər