Trampın yeni sosial şəbəkəsi fəaliyyətə başladı
ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası bu gün – iyulun 1-də hər hansı ilkin elansız “Gettr” adlı yeni sosial şəbəkəni istifadəyə verib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, yeni internet platformasının təsvirində deyilir ki, onun missiyası “ləğv mədəniyyətinə qarşı mübarizə”, “sağlam düşüncəni” təşviq etmək, “söz azadlığını qorumaq”, həmçinin sosial şəbəkələrdəki “inhisarçılara qarşı mübarizə və real bazar yaratmaq”dan ibarətdir.
“Gettr”in inkişafına Trampın prezidentliyi dövründə baş məsləhətçisi olmuş Ceyson Miller rəhbərlik edir.
Nəşr bildirib ki, proqram tvitterə çox oxşayır. Trampın “Gettr”də özünə hesab açıb-açmayacağı hələ məlum deyil, ancaq güman edilir ki, bu xidmət Amerikanın sabiq prezidentinin tərəfdarları ilə onlayn ünsiyyət saxlayacağı platforma olmalıdır.
Qeyd edək ki, sabiq prezident hələ mayda feysbuk, tvitter sosial şəbəkələrində hesablarının bloklanmasını kəskin tənqid edərək, bunu “mütləq biabırçılıq” və Birləşmiş Ştatlar üçün “alçalma” adlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq