Tramp Rusiya və Çini ABŞ dəyərlərinə təhlükə adlandırdı

Birləşmiş Ştatların prezidenti Donald Tramp Rusiya və Çini ölkə iqtisadiyyatı və dəyərləri üçün təhlükə adlandırıb.
Minval.İnfo xəbər verir ki, bu haqda ölkə rəhbəri Konqresdə çıxışı zamanı deyib: “Bu gün dünyada terror qrupların, qəddar rejimlərin, həmçinin ölkə dəyərinə və iqtisadiyyatına rəqib olan Rusiya və Çin kimi problemlərlə qarşılaşırıq”.
Tramp həmçinin öz çıxışında onu da vurğulayıb ki, ABŞ “istifadə etməmək ümidi ilə” nüvə arsenalını müasirləşdirməlidir: “Bu istənilən aqresiyanın qarşısını alan aktdır. Lakin, inanmaq lazımdır ki, bir gün gələcək bütün dünya ölkələri toplaşıb nüvə silahlarını məhv edəcəklər. Təəssüf ki, biz buna hələ də nail ola bilməmişik”.
İclasın sonunda Donald Tramp Konqresə bildirib ki, ölkənin hərbi büdcəsini azaltmasınlar.
Zeynəb Əkbər
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı