Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin vəzifəsini tərk edəcəyi barədə xəbəri təkzib edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.
“Bəli, o, burda (öz vəzifəsində – red) qalır. Biz onunla çox xoşbəxtik. Bizim çoxlu qələbəmiz var”, – deyə Ağ Ev rəhbəri jurnalistin Pentaqon rəhbərinin öz vəzifəsini tərk edib-etməyəcəyi barədə suala cavabında deyib.
Daha əvvəl “The Washington Post” qəzeti Mettisin yaxın aylarda istefaya gedəcəyini xəbər verib. Qəzet hətta Ağ Evdə onun vəzifəsinə namizədin müzakirə edildiyini də bildirib.
“Düşünürəm ki, o, əla insandır. O, nazir kimi işini fantastik görür”, – deyə Tramp əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı