Tramp nəhayət etiraf etdi: "Oğlum rus qadınla rəqibimlə bağlı məlumat almaq üçün görüşüb"
ABŞ prezidenti Donald Tramp eyni adlı oğlunun rusiyalı vəkil Natalya Veselnitskaya ilə 2016-cı ilin iyununda Nyu-Yorkdakı “Trump Tower”da görüşdüyünü etiraf edib.
Minval.info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident bu görüşün tamamilə qanuni olduğunu bildirib.
Beləliklə, ilk dəfə Ağ Evin sahibi oğlu kiçik Donald Trampın rusiyalılarla Demokrat partiyasının namizədi Hillari Klintonla bağlı məlumat almaq məqsədilə əlaqə qurduğunu təsdiq etmiş olub.
Donald Tramp “Twitter”dəki paylaşımında “Mükəmməl oğlum Donaldın “Trump Tower”da həyata keçirdiyi görüşmədən narahat olduğum, tamamilə jurnalistika uydurması və fantaziyalardan ibarətdir. Bu toplantı bir rəqibimlə bağlı məlumat almaq üçün tərtib olunub və heç bir yerə də varmayıb. Görüşmə barəsində isə mənim heç bir xəbərim olmayıb”, -deyə yazıb.

Lakin ABŞ mətbuatı Donlad Trampı açıqlamalarında olduqca dərin ziddiyyətlərin olduğunu fərq edib.
Çünki Trampın son açıqlaması elə onun öz oğlunu yalana çıxarıb.
Belə ki, kiçik Tramp vaxtilə Veselnitskayanın onunla ABŞ ailələrinin rus uşaqları övladlığa götürməklə bağlı problemlə əlaqədar görüşmək istədiyni, daha sonra isə Hillari Klintona dair məlumatlar verdiyini söyləmişdi.
Lakin “övladlığa götürmə” ilə müzakirələrdə Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun nə üçün iştirak etdiyi kinayəli sualların mövzusuna çevrilib.

İkincisi, bu cür mühüm görüşmə barədə “Trampın özünün xəbəri olmaması” fikrinə isə ABŞ jurnalistləri və yazarları məsxərə dolu şərhlərlə reaksiya verirlər.
İndi son etiraf Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdıran prokuror Robert Müllerin Donald Trampın prezidentliyi qazana bilməsi üçün müxtəlif qaranlıq, o cümlədən Kremllı əlbir olduğu iddialarını daha da gücləndirə bilər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kabil aeroportunda 12 nəfər ölüb
İstanbulda qorxulu anlar: Şəhidlər körpüsü bağlandı
“Diktator olmaq mavi olmaqdan yaxşıdır”
"3 milyon narkotik istifadəçisini məmnuniyyətlə öldürə bilərəm"
Fransanın məşhur geyim şirkətindən Notr-Dam kilsəsi üçün 200 milyon avro
Qadının böyrəyindən 3 minə yaxın daş çıxarıldı
Müsəlmanları təhqir edən senatorun başında yumurta qırdılar - VİDEO