23.07.2026 - 10:33
Siyasət 57 baxış

Tramp: İran yeni nüvə obyekti yaratsa, dərhal vuracağıq

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt bəyanatlarla çıxış edib.

Minval.info xəbər verir ki, Tramp Tehranın yeni nüvə obyekti yaratmağa cəhd edəcəyi təqdirdə ABŞ-ın həmin hədəfə zərbə endirəcəyini bildirib.

ABŞ lideri eyni zamanda İranın Vaşinqtonla yenidən danışıqlar aparmaq istədiyini iddia edib. Onun sözlərinə görə, Tehran ABŞ-la görüş keçirmək üçün israr etsə də, Vaşinqtonun hazırda buna marağı yoxdur.

“Onlar ümidsiz şəkildə görüşmək istəyirlər. Ancaq onlar həqiqətən ciddi və mənalı şəkildə buna hazır olana qədər bizim buna heç bir marağımız yoxdur”, – deyə Tramp bildirib.

ABŞ prezidentinin bu açıqlamaları Vaşinqton və Tehran arasında gərginliyin yenidən artdığı bir dövrdə səslənib. Trampın həm mümkün hərbi zərbələrlə bağlı xəbərdarlığı, həm də İranın danışıqlara can atdığına dair iddiaları Yaxın Şərqdəki vəziyyət ətrafında yeni müzakirələrə səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: