"Trabzonspor"un yeni baş məşqçisi ingilis oldu - RƏSMİ
Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisinin adını açıqlayıb.
Minval.İnfo klubun saytına istinadən xəbər verir ki, buna qədər Trabzon komandasında köməkçi-məşqi qismində fəaliyyət göstərən 48 yaşlı ingilis – Eddi Nyuton kollektivdə əsas söz sahibi olacaq.
Qeyd edək ki, “Trabzonspor”un sonuncu baş məşqçisi Hüseyin Çimşirin istefasından sonra bu post müvəqqəti olaraq məhz Nyutona tapşırılmışdı. Komanda onun rəhbərliyi altında Superliqada “Kayserispor”a qarşı keçirdiyi son oyunda 2:1 hesablı səfər qələbəsinə sevinib və mövsümü ikinci pillədə başa vurub. Türkiyə Kubokunun finalında isə “Alanyaspor”u 2:0 hesabıyla yenən trabzonlular baş mükafata sahib çıxıblar.
Nyuton ilk dəfə baş məşqçi kimi çalışacaq. O, “Trabzonspor”dan öncə “Çelsi” və “Vest Bromviç”də də köməkçi-məşqçi olub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək