"Trabzonspor” “Rizəspor”u darmadağın edərək liderliyə yüksəlib - FOTO
Fevralın 29-da Türkiyə Superliqasının XIX turunun ikinci günündə “Trabzonspor” doğma meydanda “Rizəspor”u qəbul edib.
Minval.info bildirir ki, “Medical Park Arena”da keçirilən qarşılaşmada meydan sahibləri rəqiblərini 5:2 hesabı ilə məğlub ediblər. Trabzon təmsilçisinin qollarını Manuel Da Kosta (65), Caleb Ekuban (71), Joze Soza (77), Antoni Nvakame (86) və Badou Ndlaye (90+8) vurublar. “Rizəspor”un heyətində isə Dario Melnjak (36) və Milan Skoda (90+6) fərqləniblər.
Beləliklə, “Trabzonspor” doğma meydanda “Rizəspor”u darmadağın edərək liderliyə yüksəlib.
Günün birinci – “Konyaspor” – “Kasımpaşa” matçında qapılara top vurulmayıb – 0:0. Digər oyunda isə “Fənərbağça” səfərdə “Antalyaspor”un qonağı olacaq.
Bu oyundan başqa, tur çərçivəsində “Dənizlispor” – “Yeni Malatyaspor”, “Ankaragücü” – “Sivasspor”, “Qalatasaray” – “Gənclərbirliyi”, “Başakşəhər” – “Qaziantep” və “Kayserispor” – “Göztəpə” matçları keçiriləcək.

Hazırda turnir cədvəlinə 48 xalla “Trabzonspor” klubu liderlik edir. Bir oyun az keçirən “Başakşəhər” 46 xalla ikinci, “Qalatasaray” və “Sivasspor” klubları 45 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək