Toyuq əti: XXI əsrin ət kralı!
XX əsrdə yalnız azlıq üçün əlçatan olan toyuq əti, XXI əsrdə dünyanın ən populyar ət növünə çevrilmişdir. Son illərdə toyuq əti istehsalının artım tempi yüksəlmiş və hazırda onun istehlakının azaldığı bazar tapmaq çətinləşmişdir. 2006-cı ildə dünyada toyuqların sayı 48,3 milyard ikən, 2023-cü ildə bu rəqəm 76,2 milyarda çatmışdır.
Minval.info xəbər verir ki, ötən əsrin böyük hissəsi ərzində toyuq əti dünyanın ən populyar əti adına əsas namizəd deyildi. Mal əti yüksək statusu, donuz əti isə böyük istehsal həcmi ilə seçilirdi. Toyuqlar isə əsasən yumurta üçün yetişdirilirdi. Lakin sonradan seleksiya işləri böyümə sürətini və formasını yaxşılaşdırmış, istehsal dövrləri qısalmış və qiymətlər aşağı düşmüşdür.
Toyuq ətinin sənaye üsulu ilə istehsalı modelini ilk olaraq ABŞ hazırlamışdır. Lakin hazırda bu seqmentdə dominant mövqeyə malik deyil. Dünyanın ən böyük ixracatçısı olan Braziliya 2024-cü ildə xarici bazarlara təxminən 4,9 milyon ton toyuq əti tədarük etmişdir. 2000-ci ildə bu göstərici təxminən 910 min ton olmuşdur. 2022-ci ildə isə toyuq əti istehsal həcminə görə donuz ətini geridə qoymuşdur.
Bu məhsula tələbat həm zəngin ölkələrdə, həm də inkişaf etməkdə olan bazarlarda artmaqdadır. Mal ətinin yüksək qiymətləri, zülalla zəngin qidalanma rejimləri, sürətli xidmət göstərən restoranlar şəbəkəsinin genişlənməsi, eləcə də toyuq ətinin demək olar ki, istənilən mətbəxə, dinə və qiymət seqmentinə uyğun olması bu artıma təsir göstərir. Qlobal miqyasda istehsal son iki onillik ərzində ildə təxminən 2–2,5 faiz artmış, son üç-dörd ildə isə artım tempi 3 faizdən çox olmuşdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!