Toyuq əti dünyada ən populyar zülal oldu
Son 20 il ərzində dünyada toyuq əti istehsalı 1,5 dəfədən çox artaraq, bu məhsulu bəşəriyyət üçün əsas heyvan mənşəli zülal mənbəyinə çevirmişdir.
Minval.info xəbər verir ki, 2023-cü ildə fermerlər tərəfindən 76,2 milyard toyuq yetişdirilmişdir. Bu rəqəm 2006-cı ildə 48,3 milyard idi. Artım tempi də son illərdə sürətlənmişdir; əvvəllər illik artım 2 faizdən bir qədər çox idisə, indi bu göstərici 3 faizi keçmişdir.
Toyuq ətinin ən çox istehlak edildiyi bölgələr Asiya-Sakit okeanı, Amerika və Avropa regionlarıdır. Ümumilikdə Çin və ABŞ qlobal toyuq əti istehlakının üçdə birinə sahibdir.
Toyuq ətinin populyarlığının əsas səbəbi onun qiymətinin əlçatan və universal olmasıdır. Mal və donuz ətindən fərqli olaraq, toyuq ətinə dini və mədəni məhdudiyyətlər tətbiq edilmir və dünya üzrə bütün mətbəxlərdə rahatlıqla istifadə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!