05.09.2026 - 08:04
Maqazin 6 baxış

Toylara maraq azalır: Şadlıq evləri boş qalır

Azərbaycanda toy mərasimlərinə olan marağın azalması şadlıq evlərinin fəaliyyətinə ciddi təsir göstərir. Əvvəllər hər gün toy mərasimlərinin keçirildiyi bu məkanlarda indi boş günlərin sayı artmaqdadır. Sakinlərin fikrincə, böyük toy mərasimləri əvəzinə kiçik və sadə məclislərə üstünlük vermək daha məqsədəuyğundur. Xüsusilə, gənclərin maddi imkanlarının məhdud olması toy xərclərini qarşılamağı çətinləşdirir. “Ən yaxşısı 50 nəfərlik toydur. Çox xərc çəkməyə ehtiyac yoxdur. Böyük toy məclisi artıq şeydir”, – deyə sakinlərdən biri mövzu ilə bağlı keçirilən sorğu zamanı bildirib.

Minval.info xəbər verir ki, restoran inzibatçıları da müştəri sayında azalma olduğunu təsdiqləyirlər. Onların sözlərinə görə, şadlıq evlərində menyu qiymətlərinə müəyyən endirimlər tətbiq olunsa da, əvvəlki tələbatı bərpa etmək mümkün olmayıb. Bəzi məkanlar hətta fəaliyyət istiqamətini dəyişərək mərasim evi kimi işləməyə üstünlük verirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: