Toy sənayesində böhran: Minlərlə insan narahatdır
Son illərdə Azərbaycanda nikah və toyların sayında müşahidə olunan kəskin azalma, ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən biri olan toy sənayesinə ciddi təsir göstərib. Toylar, iki ailənin şad günü olmaqla yanaşı, minlərlə insanın gəlir əldə etdiyi böyük bir zəncirdir. Lakin hazırda şadlıq saraylarından musiqiçilərə, gəlinlik salonlarından fotoqraflara qədər bir çox sahə maliyyə böhranı ilə üz-üzədir.
Minval.info xəbər verir ki, şadlıq sarayları bu böhrandan çıxmaq üçün konseptlərini dəyişdirir və menyularını bahalaşdırır. Gəlinlik salonları isə əvvəlki cəlbediciliyini qoruyub saxlaya bilmir və müştəri qıtlığı ilə üzləşir. Artıq xaricdən baha qiymətə yeni kolleksiyalar gətirməyi dayandıran salonlar, gəlinlikləri endirimlə təklif edir və ziyafət libaslarının satışı və kirayəsinə yönəlirlər.
Gəlin maşını xidməti göstərənlər də yeni yollar axtarışındadır. Pandemiyadan əvvəl lüks və antikvar avtomobillərə tələbat yüksək idi, lakin indi tələbatın azalması fonunda avtopark sahibləri avtomobilləri toy xidmətlərindən çıxararaq VIP transferlərə və digər xidmətlərə yönəldirlər.
Toyların olmazsa-olmazı sayılan tamadalar və müğənnilər də vəziyyətdən çıxış yolları axtarır. Dəbdəbəli toylardan imtina edilməsi və kiçik, qapalı məclislərə üstünlük verilməsi klassik “tamada” anlayışını demək olar ki, aradan qaldırıb. Müğənnilər isə həm oxuyur, həm də məclisi idarə edərək hibrid rola keçirlər. Şou-proqramların, rəqs qruplarının və illüziyaçıların toylardakı çıxışları da kəskin azalıb, onlar diqqəti uşaq ad günlərinə və korporativ tədbirlərə yönəldirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
17 yaşlı qız məcburi evlilikdən xilas oldu
Oksana Rəsulova azyaşlıya zorakılığa etiraz etdi
Könül Kərimova və Təranə Qumral barışdı!
Bakıda cütlük toyuna motosikletlə gəldi
Türkiyə Zəfər Bayramını coşqu ilə qeyd edir
Arzu Əliyevanın fotosu dərslikdə yer aldı
Sıla Türkoğlu və Ata Ayyıldız nişanlandı